Çin bəyan edib ki, baş nazirin müavini Xe Lifən ABŞ rəsmiləri ilə 24–27 oktyabr tarixlərində Kuala-Lumpurda görüşərək dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı gərginliyi azaltmağa yönəlmiş növbəti ticarət danışıqlarını keçirəcək.
Malayziya paytaxtında baş tutacaq görüşdə ikitərəfli ticarət əlaqələri sahəsində mühüm məsələlərin müzakirə ediləcəyi bildirilir. Bu barədə Çin Ticarət Nazirliyinin cümə axşamı yayımladığı açıqlamada qeyd olunub.
Xatırladaq ki, Çinin əsas ticarət nümayəndəsi ötən həftə planlaşdırılan üzbəüz sammit ərəfəsində ABŞ maliyyə naziri Skott Bessent ilə telefon danışığı aparıb.