10 C
Baku
Thursday, December 12, 2024

Çin şirkəti 60 min işçisini robotlarla əvəz etdi

Çinin “Foxconn” şirkəti 110 min nəfərlik işçi heyətinin 60 min nəfərini ixtisara salıb.

“South China Morning Post”-ın verdiyi xəbərə görə, şirkət həmin işçiləri robotlarla əvəz edib. Robotlara hazırda ən adi əməliyyatları yerinə yetirmək həvalə olunub.
“Foxconn” ABŞ-ın “Apple” korporasiyasının ən iri tərəfdaşlarından biridir və “iPhone” smartfonları əsasən bu şirkət tərəfindən yığılır.
Qeyd edək ki, son vaxtlar insan əməyini robotlarla əvəz etmək tendensiyası Çində kütləvi hal alıb. Məsələn, Quandun əyalətində 505 müəssisə robotları işə “götürüb” və bu məqsədlə 4,2 milyard yuan sərmayə yatırıb.
Lent.az
Son xəbərlər
Digər xəbərlər