“Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta müqavilələri 2016-cı il iyunun 1-dən “Günay Sığorta” ASC-yə ötürülür.
APA-nın məlumatına görə, “Buta Sığorta” ASC-nin kollektivi “Günay Sığorta” ASC adı ilə fəaliyyət göstərərək öz müştərilərinə xidmətini davam etdirəcək.