17 C
Baku
Wednesday, October 29, 2025

Mənzil İnşaatı Dövlət Agentliyi 627 mənzilin güzəştlə satışını elan edib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2025-ci il 3 dekabr tarixindən etibarən 627 mənzilin güzəştlə satışa çıxarılacağını açıqlayıb. Satış prosesi 12 dekabr saat 11:00-dək davam edəcək.

Agentliyin məlumatına görə, satış Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərini əhatə edir. Mənzillərin əldə olunması “Güzəştli mənzil” sistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək.

Gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr 11:00-dək davam edəcək. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar satışda iştirak edə biləcək. Qeydiyyat tarixi və sıra nömrəsindən asılı olmayaraq, bütün istifadəçilər mənzil seçimi zamanı bərabər hüquqa malik olacaqlar

Satışa çıxarılan mənzillər tam təmirli şəkildə, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunmuşdur. Mənzillərin dəyəri 41 000 – 120 000 manat arasında dəyişir və həm güzəştli ipoteka krediti, həm də nağd ödəniş üsulu ilə əldə edilə bilər.

Güzəştli ipoteka şərtlərinə əsasən, mənzillər 3-30 il müddətinə, illik 4% faiz dərəcəsi ilə təklif olunur. Məsələn, 2 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 236 manat, 4 otaqlı mənzillər üçün isə 400–480 manat aralığında müəyyənləşdirilib.

MİDA bildirir ki, satış prosesi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, “Elektron hökumət” portalındakı “Güzəştli mənzil” sistemi üzərindən həyata keçiriləcək. Əlavə məlumat və təlimatlarla vətəndaşlar www.mida.gov.az saytında tanış ola bilərlər.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10, Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə 216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə 627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə – 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə – 20.10.2020-ci il tarixli 30325 nömrəli müsbət rəyi;

Sumqayıt Yaşayış Kompleksi üzrə – 10.10.2022-ci il tarixli 33774 nömrəli müsbət rəyi;

Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi;

Binəqədi Yaşayış Kompleksi üzrə – 27.04.2023-cü il tarixli 35053 nömrəli müsbət rəyi;

Şirvan Yaşayış Kompleksi üzrə – 03.07.2023-cü il tarixli 35409 nömrəli müsbət rəyi;

Yevlax Yaşayış Kompleksi üzrə – 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi, 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə satışa çıxarılmış mənzil barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzilin otaqlarının sayı Mənzilin sayı Mənzilin daxili perimetr üzrə sahəsi (m²) Mənzilin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
7 7076.02 7 18 2 1 57.7 70.58 “Hünər-İnşaat” Firması, AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küç., ev 7A, mənzil 136, məhəllə 1911.;
“NN Group” MMC, AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi Prospekti, ev 41, mənzil 47.
18.07.2020

 

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
24 708.07 9 2 4 2 99 121.7 “GM Construction” MMC (“Faktor Qrup-S” MMC konsorsium), AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, ev 189. 23.07.2023
25 704.35 9 2 4 1 99 121.7
27 708.07 9 2 4 2 99 121.7
28 704.35 9 2 4 2 99 121.7

 

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
1 712.02 15 1 Studio 4 50.2 60.9 “Yar İnşaat Təmir-Tikinti” MMC (“Araz İnşaatçı” MMC konsorsium), AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç., ev 90, mənzil 29. 24.06.2024
4 6 105.8 – 109.7 126.4 – 130.5

 

 

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
1 852.26 9 2 4 1 114.6 135.6 “Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu küç., məhəllə 851, mənzil 10/86. 01.03.2024
2 810.2 9 2 4 4 114.6 135.6
3 719.34 9 2 4 3 99 119.4 “Merkuri-İnşaat” MMC, AZ2600, Xankəndi şəhəri. 01.03.2024
4 723.55 9 2 3 1 72.9 85.2
4 1 99 119.4

 

Binəqədi Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
3 710.44 9 2 2 18 57.7 69.1 “Hovers Group” MMC, AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küç., ev 73. 23.11.2025
3 18 72.9 85.2
4 18 99 119.5
4 729.97 9 2 2 18 57.7 69.1
3 18 72.9 85.2
4 18 99 119.5
6 866.82 9 2 Studio 16 40.1 50.8 “Yar İnşaat Təmir-Tikinti” MMC (“Merkuri İnşaat” MMC konsorsium), AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç., ev 90, mənzil 29. 23.11.2025
3 16 72.9 88.5
4 16 114.6 136.8
7 861.58 9 2 Studio 16 40.1 50.8
3 16 72.9 88.5
4 16 114.6 136.8

 

Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
5 728.14 9 2 2 18 57.7 71.2 “Hünər-İnşaat” Firması, AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küç., ev 7A, mənzil 136, məhəllə 1911. 23.09.2025
3 18 72.8 88.1
4 18 98.7 120.9
6 714.46 9 2 2 18 57.7 71.2
3 18 72.8 88.1
4 18 98.7 120.9
11 714.17 9 2 2 18 57.7 71.2 “Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küç., məhəllə 851, mənzil 10/86. 23.09.2025
3 18 72.8 88.1
4 18 98.7 120.9
12 702.82 9 2 2 18 57.7 71.2
3 18 72.8 88.1
4 18 98.7 120.9

 

Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
4 965.8 7 2 1 14 45.5 54 “Rabitə İnşaat” ASC, AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 227C. 17.10.2025
2 14 65.3 75.5
3 41 74.2 – 98.1 87.1 – 111.8
5 965.8 7 2 1 13 45.5 54
2 14 65.3 75.5
3 41 74.2 – 98.1 87.1 – 111.8
6 579.5 7 1 Studio 7 43.2 50.2
2 14 58.5 – 67 68.6 – 78.3
3 14 77.8 – 89.7 92.6 – 105.7
4 7 109.2 127.9

 

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

 

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

 

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.

 

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 50 200 manat,

4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.

 

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti – 61 965 manat,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

 

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 48 120 manat,

2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,

3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.

 

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.

 

Yevlax Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

 

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
2 otaqlı
4% 3-30 il 236 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
4 otaqlı
4% 3-30 il 404 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Sumqayıt Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
Studio tipli 4 otaqlı
4% 3-30 il 216 manat 455 – 471 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Lənkəran Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
3 otaqlı 4 otaqlı
4% 3-30 il 266 manat 362 – 419 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Binəqədi Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
Studio tipli 2 otaqlı 3 otaqlı 4 otaqlı
4% 3-30 il 207 manat 298 manat 376 manat 477 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Şirvan Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
2 otaqlı 3 otaqlı 4 otaqlı
4% 3-30 il 236 manat 297 manat 403 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Yevlax Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
Studio tipli 1 otaqlı 2 otaqlı 3 otaqlı 4 otaqlı
4% 3-30 il 176 manat 186 manat 239 – 274 manat 303 – 400 manat 446 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Cədvəlləri rahat formada oxumaq üçün bu fayldan baxa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər