ABŞ prezidenti Donald Tramp bildirib ki, dövlət başçısı kimi ikinci müddətində ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar cəlb etməyə nail olunub.
“Bir ildən az müddətdə biz 18 trilyon dollardan çox yeni investisiya cəlb etdik”, – deyə Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində, Kyondjuda çıxışı zamanı bildirib. ABŞ liderinin sözlərinə görə, ilin sonuna qədər ölkə iqtisadiyyatına ümumilikdə 20–22 trilyon dollar daxil olacağı gözlənilir.
Sentyabr ayında Tramp bəyan etmişdi ki, onun tətbiq etdiyi rüsumlar sayəsində bir il ərzində ABŞ iqtisadiyyatına 17 trilyon dollardan çox vəsait cəlb edilib. Aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq etdiyini elan edib. Sonradan ABŞ prezidenti bir sıra ölkələrə münasibətdə tarif dərəcələrini dəyişib.








