Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 74,74 milyon ABŞ dolları dəyərində içki və tütün ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, bir il əvvəlki göstəricidən 19 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük edtiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabrda Gürcüstan Azərbaycana 11,65 milyon ABŞ dolları dəyərində içki və tütün satıb. Bu, bir əvvələ nisbətən 2 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrə 740 milyon ABŞ dolları dəyərində içki və tütün satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 % azdır.
O cümlədən Gürcüstan Rusiyaya 328,42 milyon ABŞ dolları, Qazaxıstana 58,3 milyon ABŞ dolları, Ermənistana 46 milyon ABŞ dolları, Qırğızıstana 44 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 991 milyon ABŞ dolları dəyərində içki və tütün satıb ki, bunun da 84,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.







