19 C
Baku
Monday, November 10, 2025

Azərbaycanda dövlət əmlaklarının qiymətləndirilməsinə başlanılır

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının qiymətləndirilməsi işlərinə başlanılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görüləcək işlər çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq Kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarına baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi, yerləşmə mövqeyinin müəyyən edilməsi, fotoşəkillərin çəkilməsi və real bazar dəyərinə uyğun qiymətləndirilməsi, eləcə də dövlət müəssisə və təşkilatlarının balansında olan və hərraca çıxarılacaq nəqliyyat vasitələrinin qiymətləndirilməsi işləri aparılacaq.

Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 899 986 manata başa gələcəyini proqnozlaşdırıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər