9 C
Baku
Thursday, December 12, 2024

Avtomobillərlə bağlı 100 min müqavilə

2016-cı ilin may ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 067 müqavilə qeydiyyata alınıb.

İcbari Sığorta Bürosu xəbər verir ki, bunların 11 221-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin may ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 milyon manat olub. 2015-ci ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9%, sığorta haqlarının məbləğində isə 9,9% artım müşahidə edilib. May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin aprel ayı ilə müqayisədə 1.6% azalaraq 75.7 manat olub.

Publika.az

Son xəbərlər
Digər xəbərlər