10 C
Baku
Friday, December 13, 2024

Neftin qiyməti ilə bağlı bədbin proqnoz

Dünya neft qiymətlərinin 100 dollara çatmasını gözləməsin.

Report xəbər verir ki, bunu “Petroleum World” energetika agentliyinin rəhbəri, neft sektoru üzrə analitik Elio Oep (Elio Ohep) “Ria Novosti”yə verdiyi açıqlamasına bildirib.

O, iyunun 2-də OPEC-in Vyanada keçiriləcək sammiti öncəsi bildirib ki, dünya neft hasilatında gözlənilməyən qlobal problem yaranmasa, hazırkı tələb səviyyəsini nəzərə alaraq neft qiymətləri 100 dollar/barelə çatmayacaq. E.Oep qeyd edib ki, Kanadadakı yanğınlar, Liviyada hasilatla bağlı problemlər müvəqqətidir. İraq, İran və digər ölkələrin hasilatı artırmağa davam etməsi neft qiymətlərinin yüksəlişini əngəlləyir.

Onun fikrincə, hazırda neft bazarı ilə bağlı proqnoz vermək çətindir. Nigeriya, Kanada, Kolumbiya, Venesuela, Ekvador, Liviya kimi ölkələrdə hasilatla bağlı problemlərə Yaxın Şərqdəki münaqişələri əlavə etsək, qiymətlərin gələcəyi ilə bağlı gözləntilər dəyişir: “Lakin hasilat stabilləşdiyi zaman artıq diqqət mərkəzində Asiya ölkələrinin iqtisadi artım templəri olacaq. Məhz bu regionun iqtisadiyyatı neftə olan tələbatın səviyyəsini müəyyən edəcək”.

E.Oep həmçinin OPEC-lə, ona üzv olmayan ölkələrin bir araya gəlməsinə lüzum görmür: “Hər şey Səudiyyə Ərəbistanının planladığı ssenari üzrə gedir. Hazırda neftin qiymətinin 100 dollara yüksəlməsi mümkün deyil”.

Son xəbərlər
Digər xəbərlər