16 C
Baku
Monday, November 24, 2025

Azərbaycanın xaricə konyak və viski ixracı azalıb

2025-ci ilin ilk üç rübündə Azərbaycanın spirtli içki konyak və viskinin ixracında həm həcmdə, həm də dəyərdə ciddi azalma qeydə alınıb.

Banker.az xəbər verir ki, ilin ilk üç rübündə 199,41 min dekalitr konyak ixrac edib və 7,69 milyon dollar gəlir gətirib. Bu da illik müqayisədə təxminən 27% azalma deməkdir. Dəyər ifadəsində isə ixrac 7,7 milyon dollara düşüb. 2024-cü ildə 9,5 milyon dollar idi.

Əsas alıcı ölkələr üzrə də mənzərə dəyişib. Rusiya konyak ixracında əvvəlki kimi lider mövqedə qalsa da, həcmi 103,2 min dekalitrdən 98 min dekalitrə yaxın düşüb. Qazaxıstana ixrac cüzi azalma ilə 62,1 min dekalitrdən 61,4 min dekalitrə enib. Ən kəskin geriləmə İspaniya istiqamətində müşahidə olunub — ötən il 100 min dekalitr olan ixrac cari ildə 36,8 min dekalitrə qədər azalıb.

Viski ixracında isə daha kəskin azalma baş verib. 2024-cü ilin ilk üç rübündə 237,5 min dekalitr olan ixrac 2025-ci ildə 108 min dekalitrə düşüb. Dəyər ifadəsində azalma 7,1 milyon dollardan 2,8 milyon dollara qədərdir.

Viski üzrə ixracın demək olar ki, hamısı əvvəlki kimi Rusiya bazarına yönəlib. 2025-ci ildə Rusiyaya ixrac 236 min dekalitrdən 106 min dekalitrə enib.

Son xəbərlər
Digər xəbərlər