14 C
Baku
Wednesday, November 26, 2025

ABA və Koreya Banklar Federasiyası arasında Memorandum imzalandı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti 26–28 noyabr 2025-ci il tarixlərində Koreyada səfərdədir. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin ilk günü ABA və Koreya Banklar Federasiyası (Korea Federation of Banks – KFB) arasında ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung tərəfindən bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində ABA-nın icraçı direktoru Yunus Abdulov və Azərbaycan Mərkəzi Bankından nümayəndə də iştirak edib.

İmzalanmış Memorandum bankçılıq sahəsində institusional tərəfdaşlığın gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini, rəqəmsal bankçılıq, FinTex və innovativ maliyyə texnologiyaları üzrə birgə təşəbbüslərin təşkili, eləcə də bank sektorunda qlobal təcrübələrin öyrənilməsi və ekspert mübadiləsini nəzərdə tutur. Sənəd tərəflər arasında birgə layihələrin icrası, təlim və seminarların təşkili, həmçinin qarşılıqlı əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

ABA nümayəndə heyətinin Koreyada səfəri davam edir və qarşıdakı iki gün ərzində maliyyə təşkilatları ilə əlavə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

2 15  1 11

Son xəbərlər
Digər xəbərlər