13 C
Baku
Monday, December 8, 2025

Niderland hərbi yardım məqsədilə Ukraynaya daha €700 milyon ayırır

Niderland hökuməti yaxın vaxtlarda Ukraynaya 700 milyon avro əlavə hərbi yardım ayırmağı planlaşdırır. Bu barədə parlamentə göndərilən və maliyyə, müdafiə və xarici işlər üzrə səlahiyyətləri icra edən nazirlər İlko Haynen, Ruben Brekelmans və David van Vil tərəfindən imzalanmış məktubda deyilir.

Qeyd olunur ki, qərar bu həftə parlament tərəfindən qəbul edilmiş plana daxildir. Həmin plana əsasən, 2026-cı il üçün Kiyevin dəstəklənməsi məqsədilə əlavə 2 milyard avro ayrılması nəzərdə tutulur.

Hökumətin məlumatına görə, 500 milyon avro Müdafiə Nazirliyinin büdcəsindən, daha 200 milyon avro isə Xarici İşlər Nazirliyinin vəsaitlərindən ayrılacaq. Bununla yanaşı, nazirlər xəbərdarlıq ediblər ki, 2026-cı ildə Kiyevə yardım üçün tam məbləğin tapılması imkanları məhdud ola bilər.

Hökumət qeyd edir ki, Niderland hər il Ukraynaya təxminən 3,5 milyard avro yardım göstərir. Lakin 2025-ci il üçün nəzərdə tutulmuş büdcədən artıq 2 milyard avro xərclənib.

Son xəbərlər
Digər xəbərlər