Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 3 fevraldan etibarən 90 gün müddətinə, yəni mayın 4-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat dərc olunub.
Qanunlar parlament tərəfindən yanvarın 14-də qəbul edilib.







