Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı jurnalistlərə deyib.
“Biz ABŞ-nin təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın, neytral ölkənin istənilən ərazisində, istənilən dövlətdə görüşə bilərik, Rusiya və Belarus istisna olmaqla. Bizim üçün fərqi yoxdur, Mayami olsun, ya Əbu-Dabi. Əsas odur ki, nəticə olsun. Mən bu müharibədə təcavüzkar olan ölkənin paytaxtı Moskvaya Putinlə danışıqlara gələ bilmərəm”, – deyə Zelenski vurğulayıb.







