22 aprel 2026-cı il tarixdə saat 15:00-da “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Bankın 2025-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi,
2.Audit Komitəsinin 2025-ci il üzrə hesabatının təsdiq edilməsi,
3.Səhmdarlara ötən illərin mənfəətindən dividendlərin ödənilməsi,
4.Bankın xalis mənfəəti hesabına ehtiyatın yaradılması,
5. Digər məsələlər.
Ünvan Bankın Baş İdarəsi, Bakı AZ1069, Atatürk prospekti, 42-dir.
Qeyd edək ki, “Bank of Baku” ASC-nin səhmdarları Hikmət Əbuzər oğlu İsmayılov (31%), Elçin Həmid oğlu İsayev (5%), “Azpetrol Neft Şirkəti” MMC (29%) və “Nab Holding Anonim Şirkəti”dir (35%).






