Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını yarım il müddətinə uzadıb

Avropa İttifaqının 27 ölkəsinin səfirləri 2,6 mindən çox rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısının yarım il müddətinə uzadılması barədə qərarı razılaşdırıblar.

Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə bildirib.

“Daimi nümayəndələr (Aİ-nin 27 ölkəsinin Brüsseldəki nümayəndələri) Rusiyaya qarşı qara siyahının sentyabrın 15-dək uzadılması məsələsində kompromisə nail olublar. Bu qərar qara siyahıdan istisnaları nəzərdə tutmur”, – o deyib.

Qeyd olunur ki, əvvəllər Aİ Məhkəməsinin öz xeyrinə qərar çıxarmasına nail olan maliyyəçi Mixail Fridman sanksiya siyahısında qalıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər