Nazirlər Kabineti “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə 14 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar Prezident İlham Əliyevin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında 4 avqust 2025-ci il tarixli fərmanını icra edib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda bəzi fondların hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək. Söhbət Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondundan, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondundan, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərinin, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarından gedir. İndiyə qədər fondların il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilirdi.






