Türkiyə ABŞ və İran arasında danışıqların keçirilməsi üçün öz platformasını təklif edib. “Lakin hazırda (Türkiyə) tərəflər arasında konstruktiv yanaşma görmür”, — deyə agentliyin həmsöhbəti əlavə edib.
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, münaqişənin aktiv fazası başlamazdan əvvəl Ankara nizamlanmada vasitəçi olmağa çalışıb. Türkiyə “amerikalılar və iranlıların nüvə məsələsini hərtərəfli müzakirə edə biləcəyi” bir ssenari təklif edib.
Bununla paralel olaraq, digər regional oyunçularla bağlı məsələlərin də müzakirəsi nəzərdə tutulurdu. AP-nin məlumatına görə, İran həmin vaxt Türkiyənin təklifindən imtina edərək Oman təşəbbüsünə üstünlük verib. Nəticədə Oman İranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında danışıqlarda vasitəçi kimi çıxış edib.
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələr endirib.







