2026-cı ilin yanvar-fevral ayına Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 281 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə bankların qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 305.1 milyon manat olub ki, bu da illik müqayisədə 8% azalmadır.
Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 68.7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 63 milyon manat olub. (9% artım)





