100 faiz xarici kapitallı “AccessBank” QSC-nin kredit portfeli 2026-cı ilin birinci rübündə 0.53% artıb.
Banker.az xəbər verir ki, 31 mart 2026-cı il tarixinə portfel 1 mlrd. 341.30 mln. manat təşkil edib.
Kredit portfelinin strukturunda istehlak kreditləri 298.65 mln. manat olmaqla 3.28% artım göstərib, biznes kreditləri 1 mlrd. 19.51 mln. manat səviyyəsində formalaşaraq 0.33% azalıb, daşınmaz əmlak kreditləri isə 23.14 mln. manata yüksələrək 4.41% artım nümayiş etdirib.
Bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri 65.87 mln. manat təşkil edib və illik müqayisədə 16.9% artıb.
Ümumilikdə faiz gəlirləri isə 69.46 mln. manata yüksələrək 17.75% artım göstərib.






