ABŞ ilə hərbi münaqişənin daha da kəskinləşəcəyi ilə bağlı investorların narahatlığı fonunda İran rialının məzənnəsi rekord minimuma düşüb. Açıq bazarda İran valyutasının məzənnəsi 1 dollar üçün 1,95 milyon riala çatıb. İyulun əvvəlindən rial təxminən 10% dəyər itirib. İran hökumətinin müəyyən etdiyi rəsmi məzənnə isə hazırda 1 dollar üçün 42 min rial təşkil edir.
Financial Times-ın sorğuladığı analitiklərin sözlərinə görə, bazarda ABŞ-nin onsuz da zərər çəkmiş İran iqtisadiyyatına təzyiqi artıracağı və son günlər intensivləşən raket-bomba zərbələrinin Tehran ilə Vaşinqton arasında genişmiqyaslı müharibəyə gətirib çıxaracağı ilə bağlı narahatlıqlar var.
Son iki sutka ərzində Donald Trampın İran limanlarının blokadasını bərpa etməsi və İran neftinin satışına verilmiş müvəqqəti icazəni ləğv etməsi barədə xəbərlər fonunda rialın məzənnəsi ucuzlaşmağa davam edib.







