COMEX (Nyu-York Əmtəə Birjasının bölməsi) birjasında 2026-cı ilin sentyabr tədarüklü gümüş fyuçerslərinin qiyməti 14 iyuldan bəri ilk dəfə bir troya unsiyası üçün 60 dolları ötüb. Bunu ticarət meydançasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 05:08-ə olan məlumata görə, gümüşün qiyməti 5,37% artaraq bir troya unsiyası üçün 60,135 dollara yüksəlib.
Saat 05:16-da isə gümüş bir troya unsiyası üçün 60,21 dollar (+5,5%) səviyyəsində ticarət olunub.







