Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb.

Bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib.

“Bəlkə də, artıq bu münaqişəni dondurmağa və İstanbul formulu 2.0-a qayıtmağa dəyər, çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi”, – Qazaxıstan Prezidenti bildirib.

Rusiya mediasının məlumatına görə, K.Tokayev görüşdə qeyd edib ki, Qazaxıstan Moskva və Kiyev arasındakı münaqişənin nizamlanması üçün vasitəçi olmaq niyyətində deyil:

“Qazaxıstan kənar ölkə deyil, lakin eyni zamanda, bütün təklif və çağırışlara baxmayaraq, mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər