ƏSF: Hazırda qorunmayan əmanətlər 13 bank üzrə növbəliliklə qaytarılır

Hazırda qorunmayan əmanətlər 13 bank üzrə növbəliliklə qaytarılır.

Bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, Fond tərəfindən qorunan əmanətlər üzrə hər bir müflis bankda əmanətçilərin ən azı 95-96 %-ə kompensasiya ödənilib: “Qorunmayan əmanətlər isə növbəlilik prinsipi əsasında geri qaytarılır. Hazırda Fond 13 müflis bank üzrə bu prosesi davam etdirir. Artıq “Royal Bank”, “Gəncə Bank”, “Qafqaz İnkişaf Bankı”, “United Credit Bank” və daha bir neçə bank üzrə qorunmayan əmanətlərin qaytarılması həyata keçirilir”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər