Azərbaycanda üç yeni lombard şirkəti yaradılıb

Azərbaycanda 2026-cı ildə ən azı üç yeni lombard şirkəti fəaliyyətə başlayıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “AK Group Lombard”, “İST Lombard” və “Dost Lombard” MMC-ləri bu il qeydiyyata alınıb.

“AK Group Lombard” MMC-nin 12 iyun 2026-cı ildə verilib. Şirkətin direktoru Kənan Abdullayev Vaqif oğludur və hüquqi ünvanı Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 85Z-dir. Şirkətin 10 manat nizamnamə kapitalı var.

“Dost Lombard” MMC 23 iyul 2026-cı ildə vergi uçotuna alınıb. Şirkətin direktoru Dürdanə Quliyeva Qurban qızıdır. Hüquqi ünvanı Samux rayonunun Qarayeri kəndində yerləşir. Lombard şirkətinin 100 manat nizamnamə kapitalı var.

“İST Lombard” MMC isə 20 avqust 2026-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Həsən Rzayev Aslan oğludur, hüquqi ünvanı Tovuz rayonunun Aşağı Quşçu kəndidir. Şirkətin 10 manat nizamnamə kapitalı var.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər