Macarıstan XİN rəhbəri Orban 10 rusiyalı diplomatı ölkədən çıxarır

Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarır.

Banker.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Anita Orban “X” hesabında bildirib.

O qeyd edib ki, Macarıstan hökumətinin qiymətləndirməsinə görə, Rusiya missiyasının 10 əməkdaşı Macarıstanda diplomatlar üçün qəbuledilməz fəaliyyətlə məşğul olub və rəsmi Budapeşt bu şəxsləri ölkəni tərk etməyə çağırıb.

Orban qeyd edib ki, bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur. Bu, Rusiya ilə diplomatik münasibətlərin pozulmasını nəzərdə tutmur.

“Macarıstan qarşılıqlı hörmət və qaydalara riayət olunmasına əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, – XİN rəhbəri vurğulayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər