Azərbaycanda iqtisadi artım tempi avqustda zəifləyib

Azərbaycan iqtisadiyyatında 2026-cı ilin yanvar-avqust aylarında real artım 1,2% təşkil edib. Bu dövrdə ümumi daxili məhsulun (ÜDM) həcmi 87 milyard 709,5 milyon manat olub. İqtisadi artımın tempi yanvar-iyul aylarında qeydə alınan 1,4%-dən aşağı düşüb.

Banker.az bunu Dövlət Statitika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektorunda ÜDM real ifadədə 0,8% azalıb. Yanvar-iyul aylarında bu sahədə azalma 0,6% təşkil edirdi. Hesabat dövründə neft-qaz ÜDM-i 26 milyard 181,9 milyon manat olub.

Qeyri-neft-qaz sektorunda isə artım davam edib. Bu sahədə ÜDM 2,1% artaraq 61 milyard 527,6 milyon manata çatıb. Qeyri-neft-qaz iqtisadiyyatının artım tempi də əvvəlki dövrlə müqayisədə zəifləyib: yanvar-iyul aylarında 2,2% olub.

Maliyyə Nazirliyi 2026-cı il üzrə ÜDM-in real artım proqnozunu 1,7% səviyyəsində saxlayaraq iqtisadiyyatın ilin sonunda 138 milyard manata çatacağını gözləyir. Qeyri-neft ÜDM-inin isə 3,1% artaraq 100 milyard manata çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, qeyri-neft-qaz sektorunun artım proqnozu əvvəlki 5%-dən 3,1%-ə endirilib. Nazirlik bu dəyişikliyi, xüsusilə tikinti və turizm sektorlarında artım tempinin əvvəlki gözləntilərdən aşağı olmasını səbəb gətirib.

Maliyyə Nazirliyi eyni zamanda 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu əvvəlki 4,8%-dən 5,7%-ə yüksəldib. Proqnozun artırılmasına ilin ilk yarısında formalaşan faktiki inflyasiya, qlobal əmtəə və ərzaq qiymətlərindəki dəyişikliklər, onların idxal qiymətlərinə təsiri və tənzimlənən tariflərdəki dəyişikliklər səbəb olub.878787 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər