Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında Özbəkistana minik avtomobillərinin ixracını kəskin artırıb.
Banker.az xəbər ki, iki əsas avtomobil kateqoriyası üzrə ixracın dəyəri ümumilikdə 6,8 milyon dollara yaxınlaşıb.
Mühərrikinin işçi həcmi 3 min kubsantimetrdən çox olan 8 ədəd minik avtomobili Özbəkistana ixrac edilib. Ötən ilin eyni dövründə bu göstərici 4 ədəd idi. Beləliklə, avtomobillərin sayı 2 dəfə, ixrac dəyəri isə 2,2 dəfə artaraq 1,6 milyon dollardan 3,5 milyon dollara çatıb.
Elektromobil ixracında daha kəskin artım qeydə alınıb. Azərbaycan ilk yeddi ayda Özbəkistana 16 ədəd elektromobil ixrac edib. 2025-ci ilin eyni dövründə cəmi 1 elektromobil satılmışdı. Beləliklə, say baxımından ixrac 16 dəfə, dəyər baxımından isə 6,8 dəfə artıb.
Özbəkistana elektromobil ixracının dəyəri 486 min dollardan 3,3 milyon dollara yüksəlib.
Bu iki kateqoriya üzrə Azərbaycan 2026-cı ilin ilk yeddi ayında Özbəkistana ümumilikdə 24 avtomobil və 6,8 milyon dollarlıq məhsul ixrac edib. Ötən ilin eyni dövründə isə 5 avtomobil üzrə ixracın dəyəri 2,1 milyon dollar olmuşdu.







