Gülüş –çox güclü silahdır, ona görə də ondan çox ehtiyatla istifadə etmək lazımdır. İşədüzəlmə mərhələsində yumordan istifadə etmək nə dərəcədə məqsədə uyğundur: rezumedə zarafat etmək və ya müsahibədə lətifə danışmaq olarmı?
Müsbət əhval-ruhiyyə və pozitiv köklənmə əksər hallarda insanlarda xoş təəssürat oyada bilər. Rekruterlər adətən qədərində və yerində yol verilən yumora qarşı deyillər, amma hesab edirlər ki, bu heç də bütün hallarda məqbul deyil. Çünki yumor işədüzəltmə üçün həddindən artıq gözlənilməzliklərə səbəb ola biləcək bir alətdir. Banker.az sizə yumordan olduqca incə istifadə etməyi tövsiyə edir. Nəzərə almaq lazımdır heç də bütün insanlar eyni bir zarafatı eyni cür dərk etmir və onu müxtəlif cür qəbul edirlər. Bəzi işəgötürənlər isə ümumiyyətlə yumora tənqidi yanaşır və bu prosesdə onu qətiyyən yolverilən hesab etmirlər
Rezumedə zarafatlar
Sizin rezumeniz – rəsmi sənəddir, rəsmi sənədlərdə yumor insanların qarşılaşmağı ən gözlədiyi amildir. Bundan əlavə işəgötürən oxuduğu frazanın zarafat xətrinə yazıldığını anlamaya, onu sadəcə yersiz fikir hesab edə bilər. Ona görə də rezumedə öz hazırcavablığınızı göstərməyə dəyməz.
Amma istənilən qaydada olduğu kimi burda da istisnalar vardır. Belə ki yaradıcı vəzifələr – reklamçı, kopirayter, jurnalist, qrafika dizayneri və s üçün olan CV-lərdə müəyyən qədər yumor payı ola bilər. Çünki belə işlər özündə qeyri standart düşüncə tərzi nəzərdə tutur və rezume sahibindən formallıqdan uzaq, yaradıcı yanaşma tələb edir. Lakin burada da diqqətlilik lazımdır, hədəqələri aşmaq olmaz. Əgər etdiyiniz zarafata əmin deyilsinizsə, ondan istifadə etməsəniz daha yaxşıdır.
Bəzi işaxtaranlar yumordan o məqsədlə istifadə edirlər ki, öz fikirlərinə uyğun, özləri kimi qeyri-standart düşüncə tərzinə malik işçilər axtaran rekruterlərin diqqətini cəlb etsinlər, elə işəgötürənlər ki, onlar özü də bu prosesə yaradıcı yanaşma tətbiq edir. Bu həqiqətən də işə yaraya bilər, amma nəzərə almaq lazımdır ki, belə iş axtarışı daha uzun müddət çəkəcəkdir. Digər tərəfdən isə sizin CV-inizn ilk dəfədən rəhbərlərin əlinə düşəcəyi də inandırıcı deyil, ola bilsin ki, onu əvvəlcə HR menecerləri araşdıracaq, təəssüf ki, sizin yanaşmanız HR meneceri üçün aydın olmaya da bilər. O, sadəcə nə demək istədiyinizi anlamayacaq.
İş görüşməsində yumor
İş müsahibələri adətən dialoq şəklində keçir. Şəxsi ünsiyyət zamanı qədərində və normasında istifadə edilən yumora yaxşı baxmaq lazımdır.
Çərçivələri aşmayan, yerində söylənilmiş yaxşı lətifə gərginliyi azaltmağa xidmət edə bilər. Belə sizin söhbətiniz daha mülayim məcradan davam edəcək.
Müsahibinizi, onun reaksiyalarını və intervünü necə aparmasını izləyin. Yaxşı yumor hissi insanın iti ağıla sahib olmasına və hazırcavablığına işarədir.
Amma uğursuz bir zarafat sizin bütün əziyyətinizi heçə endirməyə qadirdir.