Apple-ın yeni əməliyyat sistemi yenilənməsi, şirkətin aktual siyasəti səbəbindən böyük bir problem halına çevrildi.
Həftə içərisində Apple, qəribə bir qərara imza ataraq qabaqcıl əməliyyat sistemi haqqında bəzi tətbiqlərini paylaşdı. Bu da, yeni iOS 10.2.1 versiyasını yükləyən istifadəçilərin iOS 10.2-yə geri qayıda bilməyəcəyi mənasına gəlir. Çünki istehsalçı firma, lazımlı sertifikatları elektron olaraq imzalayır. Bu şərtlər altında Apple serverləri köhnə versiyalar üçün dəstək təmin etmir.
Şirkətin siyasəti iPhone, iPad və iPod istifadəçilərini iOS–un aktual versiyasına yönləndirməkdir . Beləki, Apple, heçbir zaman razılığ əldə etməyə çalışan firma olmayıb və ümumiyyətlə nə istəyirsə onu edib.
Lakin ciddi problemlər mövcuddur. iOS 10.2.1 əhəmiyyətli təhlükəsizlik inkişaf etdiricilərinə sahib olsa da çox sayda problemə səbəb olur. Yeni əməliyyat sistemində Touch ID, əvvəlki əməliyyat sistemlərinə görə daha asan qırırlır. Avtomobil qurğularında və Bluetooth əlaqələrində də qəribə problemlər yarana bilir. Beləliklə əməliyat sistemi, öz problemlərini öz əlləri ilə yaratmış olur. İstifadəçilər 10.2 geri qayıtdıqda bu problemlərdən uzaqlaşa bilirdilər. Amma təəssüfki bu artıq seçimlər arasında yer almır.
İstifadəçilər, sosial şəbəkələrdəki hesablarından sıxıntılarını dilə gətirsə də hələki bu haqda heçbir məlumat yoxdur. İndi isə istifadəçilər ya 10.2-də qalmağa davam edib çox sayda problemlə üzləşəcək ya da iOS-larını 10.2.1 versiyasına yeniləyib özlərini Touch ID ilə təhlükəli vəziyyətdə qoyacaq və Bluetooth problemləri yaşayacaqlar. İki seçimdə eyni dərəcədə qorxuducudur.
Unutmayın; iOS 10.2.1 versiyasından artıq geri qayıtmaq mümkün deyil.