10 C
Baku
Thursday, December 12, 2024

“ABB” 80 milyon manatdan çox mənfəət açıqladı

“ABB” ASC 2023-cü ilin yanvar-mart aylarında 80 milyon 402 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 39 milyon 218 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2023-cü ilin ilk rübündə ABB-in cəmi gəlirləri 230 milyon 446 min manat (əvvəlki ilə nisbətən 54% çox), cəmi xərcləri 103 milyon 768 min manat təşkil edib.

Bu il aprelin 1-nə ABB-nin aktivləri 11 milyard 564 milyon manat olub. Bunun 3 milyard 595 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 1-ci rübdə Bankın kredit portfeli 1.8% böyüyüb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 8 milyard 737 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 1 milyard 882 milyon manat, hüquqi şəxslərin depozitləri 6 milyard 855 milyon manat, cəmi kapitalı isə 1 milyard 713 milyon manat təşkil edib.

1 6

2 4

 

Son xəbərlər
Digər xəbərlər