6 C
Baku
Sunday, December 15, 2024

Abbas Əraqçi İranın xarici işlər naziri ola bilər

İranın xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi böyük ehtimalla yeni Prezident Məsud Pezeşkianın hökumətində xarici işlər naziri olacaq.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, M.Pezeşkianın məsləhətçiləri hesab edirlər ki, A.Əraqçi ölkənin xarici işlər naziri postu üçün ən uyğun namizəddir.

Bildirilib ki, A.Əraqçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri funksiyasını yerinə yetirir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər