ABŞ-a məxsus kosmik dron Yerə qayıdıb

ABŞ-ın orbitə buraxdığı kosmik dron 2 il sonra Florida ştatının kanaveral burnunda bazaya uğurla enib.

Bu barədə “Boeing” şirkəti məlumat verib.

 

Şirkət bildirir ki, ilk uçuşu 2010-cu ildə baş tutan dron 12 ildə 6 missiya həyata keçirib. Qurğu ABŞ mütəxəssislərinə yeni kosmik texnologiyaları sınaqdan çıxarmaq üçün imkan verib.

ABŞ ordusu üçün hazırlanmış X-37B adlı dronun uzunluğu 9 metr, qanadlararası məsafə isə 5 metrdir. Avadanlıqların qidalanması günəş batareyaları ilə həyata keçirilir. İlk dövrdə tam məxfi aparılan işlər indi ictimailəşdirilib. Bu dron müxtəlif materialların kosmosda müqavimətini yoxlamaq imkanı verir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər