22 C
Baku
Friday, May 10, 2024

ABŞ-da 110 milyonluq bank kartlarının məlumatlarını oğurlayan virus

ABŞ-da 110 milyonluq bank kartlarının məlumatlarını oğurlayan virus Sankt-Petrburqdan olan bir yeniyetmə tərəfindən hazırlanmışdı.

Bu nəticəyə «İntelkrouler» şirkətinin kompüter təhlükəsizliyi ilə məşğul olan mütəxəssislər gəlmişdi. Virusun kodunun bir qismi rus dilində yazılıbmış.

«İntelkrouler» şirkətinin verdiyi məlumata görə, «Kartoxa» virusunun müəllifi müxtəlif ölkələrdən olan kiber cinayətkarlara bu virusun 60-dan çox nüsxəsini satıb. Lakin müəllifin özü hücumlarda iştirak etməmişdi.

1390212288_299

Qış endirimləri zamanı «Target» mağaza şəbəkələrinin mağazalarından milyonlarla amerikalıların məlumatları oğurlanmışdı.

Virus alış-veriş zamanı kart vasitəsi ilə ödəniş ediləndə bank kartlarından bütün məlumatları köçürdürdü.

Bundan savayı, cinayətkarların əlinə 70 milyondan çox alıcıların şəxsi məlumatları keçmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər