6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da tənəzzül ehtimalı 50% olaraq qiymətləndirilib

Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiyanın (NABE) sorğusuna qatılan iqtisadçıların əksəriyyəti ABŞ-ın növbəti 12 ayda tənəzzülə girməsi ehtimalını 50% və ya daha az səviyyədə qiymətləndirib. Bu fikri respondentlərin 71%-i dəstəkləyib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Aprel sorğusu ilə müqayisədə tənəzzül ehtimalı ilə bağlı fikir kəskin şəkildə dəyişib. “Bloomberg” qeyd edir ki, son aylarda iqtisadçılar potensial resessiya ilə bağlı proqnozlarını dəfələrlə dəyişiblər.

Assosiasiyanın dünən iyulun 24-də dərc olunmuş və 30 iyun-12 iyul tarixlərində apardığı sorğuda 52 NABE üzvü iştirak edib.

Mayın əvvəlində “Bloomberg”in sorğusuna qatılan 27 ekspertdən yalnız beşi ABŞ iqtisadiyyatının növbəti il ​​ərzində tənəzzülə uğrayacağını gözləmədiklərini bildirib.

ABŞ-da borc tavanı ilə bağlı vəziyyətin inkişafı zamanı defolt və qlobal tənəzzüldən qorxan investorlar Amerika fondlarından 37 milyard dollar (ilin əvvəlindən 70 milyard dollar) çıxarıblar.

Son xəbərlər
Digər xəbərlər