8 C
Baku
Wednesday, October 30, 2024

ABŞ FED-i növbəti kəskin faiz artımına gedir

ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi 21 sentyabr 2022-ci il iclasında uçot faiz dərəcəsini 75 baza bəndi (0.75%) artırıb.

Bu barədə Banker.az requlyatorun rəsmi səhifəsinə istinadən xəbər verir.

Bununla da, uçot faiz dərəcəsi 2.50%-dən 3.25%-ə qaldırılıb. Birjaların böyük hissəsi bu iclasda FED-in 75 baza bəndi artıracağını, az qismi isə 100 baza bəndi artıracağını gözləyirdi.

FED bununla da, ilin indiyə qədər 6 iclasında ard-arda 5-ində uçot faiz dərəcəsini artırmış olub. Uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsindən öncə 0.25% idi. Dünyadan bahalaşan enerji qiymətləri və ticarət zəncirində yarana biləcək pozulma qorxusu inflyasiyaya səbəb olub. Bu inflyasiya isə ABŞ-dan da yan keçməyib. Ölkədə inflyasiya avqusta orta illik 8.3% təşkil etdi, bu da göründüyü kimi FED-i qane etmir.

Requlyatorun sədr Cerom Povel son açıqlamalarında onların bu istiqamətdə olan addımlarından heçnəyin dayandırmayacağını və faiz artımı ilə bağlı hələ ki, əyləcə basmaq fikirlərinin olmadığını bildirmişdi.

Oxşar: Uçot dərəcəsi nədir və nəyə lazımdır? 

ABŞ-a rəqib olan ticarət tərəfdaşlarının mərkəzi bankları FED qədər “lüksları” olmadığı üçün faiz artımındakı yarışda geridə qalıblar. Bu da öz növbəsində investorları böhranda ehtiyat limanı sayılan dollara sığınmağa məcbur edir. İnvestorlar digər valyutalarda aqressiv satışlar həyata keçirir. ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında formalaşan indeksi 20 ilin maksimumuna yüksəlməklə 110 bənd səviyyəsindən yuxarıda ticarət olunur.

 

Son xəbərlər
Digər xəbərlər