ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları bir şərtlə ləğv edəcəyini açıqlayıb.
Banker.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Politico” yazıb.
Bildirildiyi kimi, bunun müqabilində İran bəzi nüvə fəaliyyətlərini, o cümlədən uranın zənginləşdirilməsini dayandırmalıdır. ABŞ prezidenti Co Bayden administrasiyası Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində yeni təklifini bu həftə irəli sürməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl Tehran bu cür şərtləri qeyri-bərabər hesab etdiyini bildirmişdir və sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini bir ay dayandırmağı təklif etmişdir. “Politico” ABŞ və İranın bir neçə həftədir danışıqlar üçün fikir mübadiləsini apardıqlarını yazır.
Bayden administrasiyasının İrana qarşı əvvəlki prezident Donald Trampın dövründə tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi ehtimalını nəzərdən keçirməsi faktı fevralın sonlarından məlumdur.
Qeyd edək ki, İran üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin yayında qəbul edilib və Tehranla altı vasitəçi ölkə arasında imzalanıb. Daha sonra İran razılaşmaları kobud şəkildə pozub. 2018-ci ilin may ayının əvvəllərində Tramp Vaşinqtonun müqavilədən birtərəfli çıxdığını və İran əleyhinə sanksiyaları bərpa etdiyini açıqlayıb. İran öhdəliklərindən imtina etdiyini və müqavilələrdən çıxdığını 2020-ci ilin yanvarında bildirib.