2 C
Baku
Saturday, December 14, 2024

ABŞ İranla nüvə danışıqlarının tezliklə bərpası üçün heç bir perspektiv görmür

İran ABŞ-ın razılaşa bilməyəcəyi məsələləri nüvə sazişi danışıqlarına cəlb etmək istəyir.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində bildirib.

ABŞ-ın xarici əlaqələr idarəsinin rəhbəri İranla danışıqların bərpasında perspektiv görmədiyini açıqlayıb:

“Biz pis razılaşmanı qəbul etməyəcəyik. Avropalı tərəfdaşlarımızın son təkliflərinə verdikləri cavab geriyə doğru çox mühüm addım idi. Yaxın perspektivdə bunu bir nəticəyə çatdırmaq üçün heç bir imkan görmürəm”.

Xatırladaq ki, yayda tərəflər sövdələşmənin bərpası perspektivlərini müsbət qiymətləndirdilər. Lakin sentyabrda Vaşinqton Tehranın təkliflərə olan cavabını qeyri-konstruktiv adlandırıb. Bu danışıqlar fonunda Böyük Britaniya, Fransa və Almaniya İranı nüvə proqramını bəyan edilmiş mülki məqsədlərə xidmət etməməkdə ittiham ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər