Türkiyənin NATO-ya etirazı Rəcəb Tayyib Ərdoğanla müzakirə edilməyəcək. Bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.
O bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla indiki mərhələdə əlaqə qurmaq planları yoxdur.
Çərşənbə günü Finlandiya və İsveç Alyansa qoşulmaq üçün ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təhvil verib.
Türkiyə də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, NATO İsveç və Finlandiyanı kürd probleminə yanaşmasına görə “hə” deyə bilməz.