26 C
Baku
Sunday, April 28, 2024

ABŞ Senatı Ukrayna və İsrailə 118 mlrd. dollarlıq yardım üçün qanun layihəsi təqdim edib

ABŞ Senatı əlavə maliyyələşdirmə üçün ikipartiyalı qanun layihəsini dərc edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. O, Ukraynaya, İsrailə kömək etmək və ABŞ-ın cənub sərhədini möhkəmləndirmək üçün vəsaitin ayrılmasını birləşdirir. Ümumi məbləğ 118 milyard dollardır. Prezident Co Bayden sənədi dəstəkləyib. Nümayəndələr Palatasının spikeri Mayk Conson aşağı palatanın təşəbbüsü təsdiq etməyəcəyinə söz verib.

Qanun layihəsinə nə daxildir:

– ABŞ sərhədlərinin mühafizəsi – 20.23 milyard dollar;
– Ukraynaya yardım – 60.06 milyard dollar;
– İsrailə yardım – 14.1 milyard dollar;
– ABŞ-ın Hind-Sakit okean regionunda “Çinin təcavüzü” ilə üzləşmiş tərəfdaşlarına yardım – 4.83 milyard dollar;
– ABŞ-ın Qırmızı dənizdə husilərə qarşı missiyasına dəstək – 2.44 milyard dollar;
– Qəzza zolağı, İordan çayının qərb sahili və Ukrayna sakinlərinə humanitar yardım – 10 milyard dollar.

​Co Bayden qanun layihəsi ilə bağlı açıqlamasında respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına müraciət edib. O deyib: “Onlar problemi həll etmək istəyirlər, yoxsa sərhəd məsələsində siyasət oynamağa davam edirlər? Mən Konqresi bir araya gəlməyə və bu ikitərəfli razılaşmanı tez bir zamanda qəbul etməyə çağırıram. Qoy mənim stolumun üstünə gəlsin ki, dərhal imzalaya bilim”.

Prezident Co Bayden 2023-cü ilin payızında Konqresə 106 milyard dollarlıq əlavə maliyyə layihəsi təklif edib. Paketə Ukrayna, İsrail, Tayvana yardım, eləcə də cənub sərhədinin möhkəmləndirilməsi üçün vəsait daxil idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər