-1 C
Baku
Sunday, December 15, 2024

Accessbank növbəti dəfə KİV nümayəndələri üçün təlim təşkil etdi

AccessBank ənənəsinə sadiq qalaraq iqtisadi jurnalistika sahəsində fəaliyyət göstərən KİV nümayəndələri üçün növbəti dəfə təlim keçirib.

Banker.az saytının da qatıldığı bu Təlim çərçivəsində iqtisadçı ekspert Samir Əliyev jurnalistlərə “İqtisadi məlumatın keyfiyyətli mənbələri” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatın ardınca media mənsubları qrup işlərini yerinə yetiriblər. İşlərin məqsədi ölkənin maliyyə sabitliyinin həssas dövründə sensasiya yaradacaq məlumatı əldə edən jurnalistlərin davranışları və onların hazırladıqları xəbərlərin ümumilikdə ölkə iqtisadiyyatı və əhali üçün fəsadlarını nəzərdən keçirmək olub.

Daha sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbirin sonunda jurnalistlərin iştirakı ilə lotereya keçirilib.

Xatırlatmaq istərdik ki, “Accessbank” artıq bir neçə ildir bu tip tədbirlər keçirir.

Son xəbərlər
Digər xəbərlər