Avropa İnvestisiya Bankı (AİB) “AccessBank”a ikinci kredit xəttinin ayrılmasını təsdiqləyib.
Trend AİB-ə istinadən məlumat verir ki, kreditin məbləği 20 milyon avro təşkil edəcək. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldiləcək.
Buna da bax: AZƏRBAYCANDA BU BANKIN ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB
“AccessBank” ölkədə mikro, kiçik və orta biznesi (KOB) maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.
Bu kredit AİB-nin Xarici Kreditləşmə Mandatının vəzifələrinə müvafiqdir. Bu mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.