13 C
Baku
Saturday, May 18, 2024

“AccessBank”ın mənfəəti 7 dəfəyə yaxın artıb

“AccessBank” 2023-cü ilin 1-ci rübünü 5 milyon 460 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 803 min manat olmuşdur ki, bu da illik müqayisədə 6.8 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında “AccessBank”ın gəlirləri 46 milyon 931 min manat (əvvəlki ilə nisbətən 44.5% çox), xərcləri 36 milyon 325 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 32 milyon 487 min manat, xərcləri isə 30 milyon 109 min manat olub. Gəlirləri xərclərini üstələdiyindən ötən il “AccessBank” 10 milyon 606 min manat əməliyyat mənfəəti edib. 2022-ci ilin eyni aylarında bu göstərici 2 milyon 378 min manat olub. (4.5 dəfə artım)

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin aprelin 1-nə “AccessBank”ın aktivləri 1 milyard 260 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8% çoxdur. Bunun 877 milyon 910 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 8% böyüyüb.

“AccessBank”ın istehlak kreditləri 174 milyon 215 min manatdan 198 milyon 718 min manata, biznes kreditləri 634 milyon 17 min manatdan 674 milyon 16 min manata çatıb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “AccessBank”ın öhdəlikləri 8% artaraq 1 milyard 141 milyon manata, depozit portfeli 10% artaraq 948 milyon 764 min manat, kapitalı 5.4% artaraq 118 milyon 814 min manata çatıb.

c1

c2 c3

Son xəbərlər
 ⁠
Digər xəbərlər