10 C
Baku
Wednesday, December 11, 2024

AFB Bank-ın işçilərinin maaşlarına yenidən baxılacaq – AÇIQLAMA

Oktyabrın 20-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 (466-cı məhəllə) ünvanında olacaq.

Yığıncağın gündəliyinə “AFB Bank”ın əməkdaşlarının maaşlarına yenidən baxılması məsələsi daxildir.

Bankın əsas səhmdarı olan “Gilan Holding” cari ilin ilk rübündə bankdakı payı (99,64%-i) fiziki şəxs olan və eləcə də “Bank of Baku” ASC-də və eləcə də “Azsığrta” ASC-də mühüm pay sahibi olan Hikmət İsmayılova (fiziki şəxs kimi bazarın ən böyük səhmdarı: link1, link2) satılıb. Səhmdar dəyişəndən sonra bankın menecementində mühüm dəyişiklər olub. Bank son 6 ay ərzində daha təcrübəli kadrları öz işçi sırasına qatmaqdadır. Bununla bağlı istər idarə heytinin yenilənməsi və departamentlərdəki təyinatları göstərmək olar.

Qeyd edək ki, Banker.az-ın 2018-ci ilin ilk yarımilliyi üzrə araşdırmasına görə, orta aylıq əmək haqqı ən çox verən bankların siyahısında AFB Bank 4-cü sırada qərarlaşmışdı.

Bankın hazırda nizamnamə kapitalı 70,39 mln. manat təşkil edir ki, bunun 99,6406%-i  Hikmət İsmayılov, 0,1797% –i, Tahir Muradov və 0,1797% –i isə  Əkbər Abdullayev adlı fiziki şəxslərə aiddir.

Son xəbərlər
Digər xəbərlər