11 C
Baku
Wednesday, December 11, 2024

AFB Bank səhmdarlarına mənfəətindən ₼10.68 mln. dividend ödəyib

AFB Bank” ASC 2022-ci ildə işini mənfəətlə davam etdirdiyi üçün səhmdarlarına ondan dividend də ayırıb.

Banker.az xəbər verir ki, bu barədə bankın audit hesabatında bildirilir.

Bank 27 yanvar 2023-cü il tarixində səhmdarlarına 10 mln. 676 min manat məbləğində dividendlər elan edib və ödəyib.

Bankın 1 yanvar 2023-cü il tarixinə balansında 13 milyon 177 min manat bölüşdürülməmiş mənfəəti var. Bank 2022-ci ili 10 milyon 676 min manat xalis mənfəəti olub.

Qeyd edək ki, bankın 70.39 milyon manat nizamnamə (səhm) kapitalı var. Bunun da 99.64%-i Hikmət İsmayılovun (həmçinin Bank of Baku-nun səhmdarıdır) 0.18%-i Cəmil Muradovun və 0.18%-i Əkbər Abdullayevindir.

Bununla da əsas səhmdar Hikmət İsmayılovun bankıdan əldə etdiyi dividend 10 milyon 637 min manat olacaq.

Son xəbərlər
Digər xəbərlər