9 C
Baku
Thursday, December 12, 2024

“AFB BANK” tender elan edir

®Tenderin adı: AML sahəsinin auditi xidmətinin satın alınması

Tenderin elan tarixi: 25.04.2023

Tenderin son tarixi : 04.05.2023 

27.04.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

04.05.2023 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • tender təklifi 31.05.2023 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə   27.04.2023-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər