10 C
Baku
Thursday, December 12, 2024

Afrika ölkələri ABŞ dollarına inamını itirərək aktiv şəkildə qızıl alırlar

Getdikcə daha çox Afrika ölkəsi ABŞ-nin öz valyutasını təzyiq vasitəsi kimi istifadə etməsindən ehtiyat edərək və valyuta itkilərindən qorunmaq üçün qızıl alır.

Bu barədə qiymətli metallarla əməliyyatlar üzrə ixtisaslaşan “Money Metals Exchange” rəqəmsal mübadilə platforması məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə Zimbabve, Madaqaskar, Nigeriya, Tanzaniya, Uqanda və Cənubi Sudan qızıl ehtiyatlarını artırmaq üçün addımlar atıblar.

Belə ki, Afrika ölkələri Vaşinqtonun dolları digər ölkələrə qarşı silah kimi istifadə etməsindən, eləcə də ABŞ dövlət borcunun artmasının yaratdığı risklərdən narahatdırlar.

Afrika hökumətlərinin və mərkəzi banklarının son aylarda almaq niyyətində olduqları və ya artıq əldə etdikləri qızılın dəqiq həcmləri açıqlanmır, çünki bu məlumat kommersiya sirridir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər