“Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”.
Bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir:
“Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq”.