Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru vəzifəsinə xanım Kandis MakDiqan (Candice McDeigan) təyin olunub.
AİB-dən verilən məlumata görə, bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib, bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K. MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl (2016-2020-ci illərdə) AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və noyabr ayında bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə başlayıb.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.