7 C
Baku
Thursday, December 12, 2024

AKİA kredit ittifaqı ilə bağlı kommersiya məhkəməsinə üz tutub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Qazax rayonunda mənzillənən kredit təşkilatını məhkəməyə verib.

Banker.az xəbər verir ki, Gəncə Kommersiya Məhkəməsinə barəsində şikayət verilən “Aqra-Kredit İttifaqı” MMC-dir. Hazırda bu kredit ittifaqı Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən maliyyə təşkilatıdır.

Məhkəmənin işinin mahiyyətinə gəldikdə isə, kommersiya mübahisəsinin müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, yəni, borc müqaviləsi üzrə baş verdiyi aydın olub.

AKİA-nın müraciətində kommersiya məsələsinin tam detalları ictimayyətə açıqlanmayıb.

“Aqra-Kredit İttifaqı” MMC 2003-cü ildə təsis edilib və 4000 manat nizamnamə kapitalına sahibdir. Şirkətin qanuni təmsilçisi Aslan Mustafayevdir.

Son xəbərlər
Digər xəbərlər